Azərbaycanın regionlarında toxum mağazaları açılacaq

Azərbaycanın regionlarında toxum mağazaları açılacaq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ölkənin regionlarında toxum mağazaları açacaq.
ASK
103
9 İyul , 2019 13:50
Azərbaycanın regionlarında toxum mağazaları açılacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ölkənin regionlarında toxum mağazaları açacaq.

Bu barədə “Report”a Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə cənub zonasında, həmçinin Şəki və Zaqatalada toxum mağazaları açılacaq: “Bu mağazalarda yerli və xarici sertifikatlaşdırılmış toxumların satışı həyata keçiriləcək".

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun ilk mağazası Xaçmaz rayonunda açılıb. 

Son xəbərlər

Orphus sistemi