​Nazirlik pambıqçılardan alınacaq məhsulun qiymətini açıqlayıb

​Nazirlik pambıqçılardan alınacaq məhsulun qiymətini açıqlayıb Ölkədə xam pambıq axtarılır
ASK
23 Sentyabr , 2015 14:52
​Nazirlik pambıqçılardan alınacaq məhsulun qiymətini açıqlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ “MKT İstehsalat Kommersiya” MMC 2015-ci il mövsümü üzrə cəmiyyətlə müqaviləsi olmayan pambıq istehsalçılarından dünya bazarında mahlıcın mövcud qiymətləri nəzərə alınmaqla xam-pambığın qəbulunu elan edir.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, xam pambığın dəyəri 1-ci növ üzrə 380 manat/ton, 2-ci növ üzrə 360 manat/ton, 3-cü növ üzrə 350 manat/ton, 4-cü növ üzrə 330 manat/ton təşkil edir.

Qəbul edilən xam-pambığın dəyəri tərəflər arasında bağlanacaq müqavilə əsasında növlərə uyğun qiymətlərlə 1-3 gün ərzində ödəniləcək. Elanda göstərilənlərlə əlaqədar pambıq istehsalçılarından cəmiyyətin yerlərdə olan filiallarına müraciət etmələri xahiş olunur.

“MKT İstehsalat Kommersiya” MMC-nin pambıq qəbul məntəqələrinin siyahısı:

1. MKT İK MMC-nin MKT- Saatlı filialı

Ünvan: Saatlı rayonu, Sarcalar qəsəbəsi.

2. MKT İK MMC-nin MKT- Biləsuvar filialı

Ünvan: Biləsuvar rayonu, Zəhmət küç. 1

3. MKT İK MMC-nin MKT- İmişli filialı

Ünvan: İmişli şəhəri, R. Əliyev küç. 1

4. MKT İK MMC-nin MKT- Bərdə filialı

Ünvan: Bərdə şəhəri, Nizami 125

5. MKT İK MMC-nin MKT- Ağcabədi filialı

Ünvan: Ağcabədi şəhəri, M. Rəsulzadə 227

6. MKT İK MMC-nin MKT- Beyləqan filialı

Ünvan: Beyləqan rayonu, Daşburun qəsəbəsi.

Qaynar xətt: (012) 497-13-04

Son xəbərlər

Orphus sistemi