Nazir: "İxracatçılar Rusiya bazarını qiymət və logistika baxımından daha sərfəli sayır"

Nazir: "İxracatçılar Rusiya bazarını qiymət və logistika baxımından daha sərfəli sayır" Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracında dünyanın ən böyük bazarlarından biri olan qonşu Rusiya bazarının payının yüksək olmasının obyektiv səbəbləri var.
ASK
25 İyun , 2024 16:15
Nazir: İxracatçılar Rusiya bazarını qiymət və logistika baxımından daha sərfəli sayır

Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracında dünyanın ən böyük bazarlarından biri olan qonşu Rusiya bazarının payının yüksək olmasının obyektiv səbəbləri var.

Bunu "Report"a müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Xüsusilə də özəl sektorun nümayəndələri ilə aparılan müzakirələr göstərir ki, iqtisadi siyasət qərarları mütəxəssisləri və ya müstəqil ekspertlərdən fərqli olaraq, mövcud ixracatçılar Rusiya bazarını həm qiymət, həm də xüsusilə logistika baxımından daha sərfəli bazar hesab edirlər", - deyə o qeyd edib.

"Yəni hər il milyonlarla dollarlıq məhsul ixrac edən sahibkarların, ixrac prosesinin oyunçularının hələ ki, Rusiyadan kənar ixrac bazarına daxil olmaqla bağlı ciddi bir təşəbbüsləri (epizodik hallar istisna olmaqla) müşahidə olunmur. Doğrudur, son vaxtlar sahibkarların Yaxın Şərq, Asiya və Avropa bazarlarına məhsul ixracı ilə bağlı müəyyən təcrübələri yaranmağa başlayıb. Əsas məsələ bu təcrübələrin miqyasının daha da genişləndirilməsini, başqa sözlə, ixrac bazarlarının diversifikasiyasını təşviq etməkdir", - deyə nazir əlavə edib.

"Aydın məsələdir ki, daha çox bazarlara çıxış, qlobal bazara daha geniş inteqrasiya, yəni bizim üçün aktual olan ixrac bazarlarının diversifikasiya prosesi qarşılıqlı olaraq daxili bazarın da sərt qorunması siyasətinə tamamilə fərqli yanaşma tələb edir. Bu yanaşma xüsusilə də Azərbaycanın aktiv təşəbbüsü ilə yeni yaradılan regional logistika infrastrukturu və Türkiyə ilə olan strateji müttəfiqlik əlaqələrində nəzərə alına bilər. Bizim Türkiyə ilə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarətimizin genişləndirilməsi sonrakı mərhələlərdə həm də Avropa və Yaxın Şərq bazarlarında daha aktiv iştirakımızı təmin etmiş olar", - deyə M.Məmmədov vurğulayıb.

M.Məmmədovla müsahibəni buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi