Nazir: “Gürcüstan taxıl biçini üçün Azərbaycandan yardım istəyəcək”

Nazir: “Gürcüstan taxıl biçini üçün Azərbaycandan yardım istəyəcək” “Gürcüstan taxıl biçini üçün lazım gələrsə, qonşu və qardaş Azərbaycandan yardım istəyəcək”.
ASK
14 İyun , 2019 12:55
Nazir: “Gürcüstan taxıl biçini üçün Azərbaycandan yardım istəyəcək”

“Gürcüstan taxıl biçini üçün lazım gələrsə, qonşu və qardaş Azərbaycandan yardım istəyəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu il həm Gürcüstan, həm də Azərbaycanda əkin sahələrində yüksək məhsuldarlıq var: “Məhsulu vaxtında və itkisiz yığmaq üçün əlimizdən gələni edirik. Biz keçən illərdə taxıl biçini zamanı Azərbaycandan texniki yardım almışıq. Əgər lazım gələrsə, bu il də qonşu və qardaş Azərbaycandan yardım istəyəcəyik. İnanıram ki, azərbaycanlı dostlarımız yenə də köməyini əsirgəməyəcək”.

L.Davitaşvili deyib ki, Gürcüstan digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanla səmərəli əməkdaşlıq edir: “Hər iki ölkənin ekspert və mütəxəssisləri bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığı artırmaq, eləcə də qida təhlükəsizliyinə nail olmaq üçün birgə tədbirlər həyata keçirirlər”.

Ziyanvericilərə qarşı mübarizə məsələlərinə toxunan nazir bildirib ki, son günlər taxıl sahələrinə böyük ziyan vuran çəyirtkəyə qarşı Gürcüstanda təxirəsalınmaz tədbirlər görülür: “Bildiyim qədər Azərbaycan tərəfi də Gürcüstanla həmsərhəd bölgələrdə bu kimi ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görür. Lazım gəlsə, biz ziyanvericilərə qarşı birgə mübarizə ilə əlaqədar Azərbaycana müraciət edəcəyik. Ziyanvericilərə qarşı birgə mübarizə daha böyük effekt verə bilər”.

Son xəbərlər

Orphus sistemi