Azərbaycan at ətinin satışına nəzarəti gücləndirib

ASK
  • 06 iyun, 2016
  • 14:00
Azərbaycan at ətinin satışına nəzarəti gücləndirib

Bakı. 6 iyun. REPORT. AZ/ "Azərbaycanda atların xarici ölkələrə ixrac olunmasında heç bir məhdudiyyət yoxdur. Ancaq yarış və damazlıq atların ixracı qadağan edilib". 

"Report"un xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib. 

Nazir bildirib ki, Azərbaycanda atçılığa və at ətinin satışına nəzarət son zamanlar gücləndirilib.

"Qurulan nəzarət tədbirləri nəticəsində at ətinin satışı demək olar ki, məhdudlaşdırılıb. Bütün rayonlarda at ətinin istehlakçılara çatdırılması olduqca çətinləşib", - deyə H.Əsədov qeyd edib.