Bakı. 18 noyabr. REPORT.AZ/ Mozambikdə benzin daşıyan avtomobilin partlaması nəticəsində azı 70 nəfər ölüb, 110 nəfər yaralanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə Malavi ilə sərhədə yaxın ərazidə olub.
İnformasiyaya əsasən, ölkə rəsmiləri bildirib ki, benzin daşıyan avtomobil Beyerdən Malaviyə doğru hərəkət edərkən, aşıb. Xəbərə görə, yerə dağılan benzini toplamaq üçün maşının aşdığı yerə insanlar axışıb. Elə partlayış da o zaman baş verib.