Milli Məclisin komitə sədri: "Azərbaycanda ərzaq təhlükəsizliyi demək olar ki, təmin olunub"

ASK
  • 07 may, 2018
  • 07:05
Milli Məclisin komitə sədri: Azərbaycanda ərzaq təhlükəsizliyi demək olar ki, təmin olunub
Milli Məclsiin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov
Report

Bakı 7 may. REPORT.AZ/ Azərbaycan ötən il, təqribən, 700 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib. 

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisiin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə ən çox xarici valyuta gətirən məhsul pomidor olub. Azərbaycan onun ixracından 159 mln. dollar gəlir əldə edib. 

"Daha sonra ən çox gəlir gətirən məhsulllar arasında fındıq, pambıq, meyvə-tərəvəz və s. sıralanıb. Bu, böyük inkişafdır. Azərbaycanda ərzaq təhlükəsizliyi də demək olar ki, təmin olunub. Təkcə taxıl, o cümlədən buğda üzrə problem var. Artıq yeni toxum növləri alınıb. Bu məsələ də həll olunacaq", - deputat qeyd edib. 

Bundan başqa, E.İbrahimov deyib ki, Azərbaycanda torpaq səmərəli idarəçiliyi mexanizmi mövcuddur. 

Son xəbərlər

Bütün Xəbər Lenti