Komitə sədri: "Son 15 ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə artıb"

Komitə sədri: "Son 15 ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə artıb" Bakı. 12 aprel. REPORT.AZ/ 2003-cü ilə nisbətən 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artıb.
ASK
12 Aprel , 2018 11:56
Komitə sədri: Son 15 ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə artıb

Bakı. 12 aprel. REPORT.AZ/ 2003-cü ilə nisbətən 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artıb.

"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində bildirib. 

"2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6% artırılaraq 1 219,5 min hektardan 1 665,6 min hektara çatdırılıb. Ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində vaxtında qəbul edilmiş dövlət proqramlarının icrası son iki ildə pambıqçılığın inkişafını da sürətləndirib. Belə ki, 2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatıb.

2017-ci ildə qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 2 928,8 min ton taxıl məhsulu toplanıb ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 871 min ton və ya 42,3% çoxdur. Bu dövrdə buğda istehsalı 17,6%, arpa istehsalı 2,4 dəfə, dən üçün qarğıdalı istehsalı 64,6% artıb. 2017-ci il üçün şəkər çuğundurunun istehsalı 2003-cü ilə nisbətən 270,9 min ton və ya 3,1 dəfə artaraq 399,8 min tona çatıb. 2017-ci ildə 69,4 min hektar sahədən 1 405,6 min ton tərəvəz, 58,8 min hektar sahədən 913,9 min ton kartof toplanıb ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq 34,3 faiz və 18,8 faiz çoxdur", - deyə o, bildirib. 

T.Budaqov vurğulayıb ki, 2017-ci ildə yeni salınmış 16,5 min hektar meyvə bağları da nəzərə alınmaqla 186,4 min hektar, o cümlədən bar verən yaşda 138,3 min hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olub ki, həmin meyvə bağlarından 954,8 min ton meyvə və giləmeyvə toplanıb: "Fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, Zaqatala, Balakən, Xaçmaz, Qax, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şabran, Oğuz rayonlarında və Şəki şəhərində 10,7 min hektar sahədə yeni fındıq bağları salınıb. 2017-ci ildə meyvə və giləmeyvə əkinlərinin ümumi sahəsi 2003-cü ilə nisbətən 2,1 dəfə, istehsalı 66,9% artıb".

"2017-ci ildə 309,2 hektar sahədə yeni salınmış üzümlüklər də nəzərə alınmaqla 2017-ci ilin əvvəlinə 16,1 min hektar, o cümlədən 14,1 min hektar bar verən yaşda üzümlüklər mövcud olmuş, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 152,8 min ton üzüm yığılıb. 2003-cü illə müqayisədə üzümlüklərin sahəsi 8,4 min hektar (2,1 dəfə), üzüm istehsalı (talvar üzümü də daxil olmaqla) 87,8 min ton (2,4 dəfə) artıb. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı müəssisələri-hüquqi şəxslər üzrə heyvandarlıq məhsullarının istehsalı real ifadədə 4,2 dəfə, yaxud hər il orta hesabla 10,7%, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə isə 1,6 dəfə (hər il orta hesabla 3,6%) artıb.

Həmin dövrdə ət (kəsilmiş çəkidə) istehsalı 70,7%, süd istehsalı 73,3%, yumurta istehsalı 2,5 dəfə, yun istehsalı 32,2% artıb. 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkədə 2 679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 289,8 min baş inək və camış mövcud olub. 2004-cü il yanvarın 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 437,5 min baş və ya 19,5%, inək və camışların sayı 214,1 min baş və ya 19,9% artıb. Müqayisə edilən dövrdə ölkədə qoyun və keçilərin baş sayı 1 185,5 min baş (16,3%) artaraq 8 465,6 min başa çatıb" - deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi