Kestutis Yankauskas: "Azərbaycanın kənd təsərrüfatında böyük dinamika müşahidə olunur"

ASK
  • 03 noyabr, 2017
  • 06:46
Kestutis Yankauskas: Azərbaycanın kənd təsərrüfatında böyük dinamika müşahidə olunur
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas
Report/ Elshan Baba

Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycanda kənd təsərrüfatı sahəsində çox böyük dinamika müşahidə olunur." 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda sahibkarlığın, o cümlədən aqrar sektorun inkişafı sahəsində böyük işlər görülüb. 

"Elektron kənd təsərrüfatı komponentlərinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan 3 illik texniki yardım layihəsi obyektivlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilib. Məhsuldarlıqda rəqabətliliyin artırılması və kənd təsərrüfatı ilə məşğul olanların gəlirlərinin, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib", - K.Yankauskas əlavə edib.