​Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi işdən çıxarılıb

​Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi işdən çıxarılıb O, işindəki ciddi nöqsanlara görə vəzifəsindən azad edilib
ASK
29 Aprel , 2015 13:11
​Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi işdən çıxarılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Təqaüd yaşı çatmış iki nəfər əməkdaş isə təqaüdə göndərilib. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib. Müfəttişliyin rəisi N.Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məlumat verib, Bakı şəhəri Dövlət Texniki Nəzarət Müfəttişlərinin hesabatı dinlənilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə Nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi