Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

ASK
  • 14 may, 2018
  • 09:17
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Bakı. 14 may. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) baş çəkib. 

"Report"a daxil olan məlumata görə, o, institutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

TETİ-nin alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyyələrini verib. O bildirib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.