Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb Kənd təsərrüfatı naziri İnam Kərimov Qəbələ rayonunda fermerlərlə görüş keçirib.
ASK
26 Aprel , 2019 09:10
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Qəbələ rayonunda fermerlərlə görüş keçirib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Qəbələ rayon İcra Hakimiyyətində keçirilmiş görüşdə Nazirliyin aparatının, tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.

İ.Kərimov qeyd edib ki,  ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu görüşün keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Görüşdə fermerlər məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pesdisitlər, o cümlədən texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.

Görüşdə ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi