Kanadalı ekspert: “Heyvandarlıqda tez inkişaf edən cinslərə üstünlük verilməlidir”

Kanadalı ekspert: “Heyvandarlıqda tez inkişaf edən cinslərə üstünlük verilməlidir” Azərbaycandan fərqli olaraq Kanadada ətlik və südlük heyvandarlıq sahələri ayrı inkişaf etdirilir
ASK
31 Oktyabr , 2016 10:47
Kanadalı ekspert: “Heyvandarlıqda tez inkişaf edən cinslərə üstünlük verilməlidir”

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycandan fərqli olaraq Kanadada ətlik və südlük heyvandarlıq sahələri ayrıdır. “Report” xəbər verir ki, bu barədə Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) dəstəyi ilə keçirilən Kanada-Azərbaycan heyvandarlıq seminarında Kanadanın Heyvan Cinsləri Şurasının icraçı direktoru Maykl Latimer bildirib.

Onun sözlərinə görə, bu addım həm ət, həm də süd istehsalını yüksək səviyyədə təşkil etmək məqsədi ilə atılıb.

M.Latimer qeyd edib ki, Kanadanın mal əti istehsalı sistemi heyvanların doğulmasından kəsilməsinə qədər bir çox mərhələləri əhatə edir: “Bu proses təxminən 16-20 ay davam edir. Əsas məqsədimiz tezböyüyən heyvanların yetişdirilməsidir. Damazlıq heyvandarlıqla məşğul olanlar tez inkişaf edən cinslərə üstünlük verirlər və bu, zəruridir”.

Son xəbərlər

Orphus sistemi