İsrail su ehtiyatlarının idarə edilməsi üzrə təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır

İsrail su ehtiyatlarının idarə edilməsi üzrə təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır “Su ehtiyatlarının idarə edilməsi – Azərbaycanın həll etməli olduğu məsələlərdən biridir. İsrail isə bu sahədə geniş təcrübəyə malikdir”.
ASK
19 May , 2022 10:01
İsrail su ehtiyatlarının idarə edilməsi üzrə təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır

“Su ehtiyatlarının idarə edilməsi – Azərbaycanın həll etməli olduğu məsələlərdən biridir. İsrail bu sahədə geniş təcrübəyə malikdir”.

Bunu “Report”a müsahibəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer bildirib.

“Biz su ehtiyatlarının, sistemlərinin və bazarlarının idarə edilməsi sahəsində geniş təcrübəyə malikik. Bundan başqa, İsrailin suvarma sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri var. Mövcud su ehtiyatlarını itirməmək, həmçinin dəniz suyunu içməli suya çevirmək zəruri əhəmiyyət kəsb edir", - nazir deyib.

Onun sözlərinə görə, suyun emalı və kənd təsərrüfatı sahəsində istifadə edilməsi imkanıdır: "İsraildə əkin sahələrinin 80%-i emal edilmiş su ilə sulanır. Bu, dünyada ən yüksək göstəricidir. Emal edilmiş sudan istifadə kənd təsərrüfatı sahəsində böyük imkanlar yaradır”.

Son xəbərlər

Orphus sistemi