İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlıq subyektlərində aparılan yoxlamaları dayandırıb

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlıq subyektlərində aparılan yoxlamaları dayandırıb İnsanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna təşkil edəcək
ASK
15 Oktyabr , 2015 20:00
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlıq subyektlərində aparılan yoxlamaları dayandırıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclasında insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, məlumatda bildirlir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlıdır.  

Son xəbərlər

Orphus sistemi