İqtisadiyyat Nazirliyi tender elan edib

İqtisadiyyat Nazirliyi tender elan edib Tender "Regionların inkişafına dəstək proqramı" çərçivəsində keçirilir
ASK
28 Oktyabr , 2016 10:39
İqtisadiyyat Nazirliyi tender elan edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək proqramı" çərçivəsində daha bir açıq tender elan edib. "Report" xəbər verir ki, tender "Xüsusi iqtisadi zonaların inkişaf etdirilməsinə dəstək layihəsi"nə dair keçirilir.

Tenderdə iştirak haqqı 3 min manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 30-na qədər, tender təklifi və bank təminatını isə dekabrın 9-na qədər nazirliyə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) təqdim etməlidirlər.

Təkiflərə dekabrın 12-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflər nəzərdən keçirilərkən qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusuyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək. 

Son xəbərlər

Orphus sistemi