Gürcüstan Azərbaycanla fındıq istehsalı sahəsində sıx əməkdaşlıq edir

Gürcüstan Azərbaycanla fındıq istehsalı sahəsində sıx əməkdaşlıq edir “Gürcüstan Azərbaycan və Türkiyə ilə fındıq istehsalı sahəsində çox sıx əməkdaşlıq edir”.
ASK
7 Sentyabr , 2020 11:58
Gürcüstan Azərbaycanla fındıq istehsalı sahəsində sıx əməkdaşlıq edir
Levan Davitaşvili

“Gürcüstan Azərbaycan və Türkiyə ilə fındıq istehsalı sahəsində çox sıx əməkdaşlıq edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.

O, ötən ilin avqustunda Türkiyənin Ordu şəhərində üç ölkənin kənd təsərrüfatı nazirləri arasında strateji əməkdaşlıq haqqında bəyannamənin imzalandığını xatırladıb:

“Biz qərara gəldik ki, üç qabaqcıl fındıq istehsalçısı olaraq Gürcüstan, Azərbaycan və Tükiyədə fındıq bayramları müntəzəm keçirilsin. Lakin bayramın təşkili üçün obyektiv əsas və konkret nəticələri olmalıdır”.

Qeyd edək ki, ötən gün Gürcüstanın Zuqdidi şəhərində ilk dəfə olaraq “Fındıq festivalı” keçirilib. Tədbirin hər il təşkil olunması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi