Fond: “Azərbaycanda aqrar sığorta hadisələrinin əsas səbəbi güclü küləkdir”

Fond: “Azərbaycanda aqrar sığorta hadisələrinin əsas səbəbi güclü küləkdir” Azərbaycanın aqrar sektorunda sığorta hadisələrinin 47 %-i güclü külək, fırtına, qasırğa, 21 %-i güclü yağış, sel, daşqın, 11 %-i isə dolu ilə müşahidə edilən təbiət hadisələri nəticəsində baş verir.
ASK
20 Dekabr , 2023 16:41
Fond: “Azərbaycanda aqrar sığorta hadisələrinin əsas səbəbi güclü küləkdir”

Azərbaycanın aqrar sektorunda sığorta hadisələrinin 47 %-i güclü külək, fırtına, qasırğa, 21 %-i güclü yağış, sel, daşqın, 11 %-i isə dolu ilə müşahidə edilən təbiət hadisələri nəticəsində baş verir.

“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, zərər ödənişlərinin böyük hissəsi taxıl sahələri üzrədir: “Çünki Fondun sığorta portfelinin 80 %-i taxıl sahələrinin hesabına formalaşıb. Ölkəmizin 1,7 milyon hektar əkin ərazisinin 1 milyon hektarından taxıl istehsalı üçün istifadə edilir. Fondun qeydə aldığı sığorta hadisələri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox olub. Bu il istehsalçılara 4 milyon manat ödəniş edilib. Ötən il bu rəqəm 2,7 milyon manat olub. Növbəti ilin əvvəlində də bu il ziyan çəkmiş fermerlər pullarını alacaqlar. Yetər ki, bütün sənədlər bizə vaxtında təqdim edilsin. Bu il baş vermiş sığorta hadisələri üzrə ümumi ödənişin 6-7 milyon manat civarında olacağı gözlənilir. Fondun qeydə aldığı sığorta hadisələri lokal xarakter daşımır. Hadisələr ölkənin bütün ərazisini əhatə edib və müxtəlif dövrlərdə olub. Məsələn, bu ilin əvvəlində Qobustan, Şəki, Zaqatalada güclü küləklər, may ayında Aran bölgəsində, Goranboyda, eləcə də Cənub bölgəsində güclü leysan və daşqınlar baş verib”.

F.Sadıqovun sözlərinə görə bu il sığorta hadisəsi olan 100 istehsalçıdan 75-nə ödəniş edilib: “Yerdə qalan 15 % istehlakçı özü tələbdən imtina edib. 10 % halda isə Fond sığorta ödənişindən imtina edib. Bunun başlıca səbəbi sığorta təminatı elmində olmayan risklər hesabına zərərlərin yaranmasıdır”.

Son xəbərlər

Orphus sistemi