FAO Azərbaycanda yeni layihənin icrasına başlayıb
- 08 iyun, 2020
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla Tərəfdaşlıq Proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsinin icrasına başlayıb.
Bu barədə "Report"a FAO-dan bildirilib.
Məlumata görə, fındıqçılıqla bağlı layihə sənədi artıq imzalanıb: "Sənədin imzalanmasından sonra layihənin ilkin seminarının keçirilməsi nəzərdə tutulurdu. Belə ki, bu seminarın mart-aprel aylarında keçirilməsi planlaşdırılırsa da, koronavirus pandemiyasına görə seminarın keçirilməsi təxirə salındı. Lakin iyunun 10-da layihənin icrası ilə bağlı ilkin seminarın video-konfrans şəklində təşkil edilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsində əsas məqsəd fermerlərin qida təhlükəsizliyi standartlarına cavab verən dayanıqlı fındıqçılıq təcrübələrindən istifadə etməsi ilə Azərbaycanda həyat səviyyəsi və ərzaq təhlükəsizliyinin yüksəldilməsidir. Həmçinin sahələrdən aqrotexniki qaydalara və gübrə normalarına riayyət edilməsi, zərəvericilərlə müasir üsullarla mübarizə layihənin fokuslandığı sahələrdən biridir.
Növbəti mərhələlərdə fəaliyyətlər daha da genişləndikcə pilot regionlar müəyyən ediləcək. Üçillik icra müddəti olan sözügedən layihənin büdcəsi 1,3 milyon ABŞ dolları təşkil edir. Layihənin həyata keçirilməsində bir sıra məqamlara diqqət yetiriləcək. Hazırda fındıqçılıq sahəsində ən böyük problem qeyri-səmərəli kənd təsərrüfatı təcrübələrindən istifadə edilməsidir ki, bu da fındıqda aflatoksin riskinin artımına və aşağı məhsuldarlığa səbəb olur".