FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək

FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir.
ASK
3 Fevral , 2020 12:38
FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir". 

Bu barədə "Report"a FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib. 

O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir: "İlk növbədə, layihənin icrası ilə bağlı ilkin qiymətləndirmələr aparılmalıdır. Layihənin tərkib hissəsinə qida israfçılığının qarşısının alınmasında müasir standartın tətbiqi kimi məsələlər daxildir. Qida artıqlarının bioqaza dönüşdürülməsi (müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir) heyvanlar üçün yemə çevrilə bilər". 

K.Başaran bildirib ki, Türkiyə hökuməti ilə FAO-nun tərəfdaşlığı çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün proqramı var: "Sözügedən layihə həmin proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi