"
Bunu "Report"a açıqlamasında FAO-nin Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.
O, bu barədə təmsil etdiyi qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi "Qafqaz arı cinsi"nin artırılması ilə bağlı layihəni şərh edərkən deyib.
"Biz Qafqaz arı cinsinin süni mayalandırılması ilə bağlı texniki imkanları yaxşılaşdırdıq, həmçinin Azərbaycan Arıçılar Assosiasiyasını qurduq, hazırda Assosiasiya bu işlərlə məşğuldur. Amma arıçıların vəziyyətini yaxşılaşdırmaq üçün əlavə addımlar da atılmalıdır. FAO hökumətin, müvafiq nazirliklərin tələbləri çərçivəsində iş görür. Onlar bizdən daha çox texniki yardım istəsə, təbii ki, biz onu təmin etməyə hazırıq”.