Dünyada ilk dəfə GMO buğdası üçün rəsmi icazə verildi

Dünyada ilk dəfə GMO buğdası üçün rəsmi icazə verildi Argentinanın “Bioceres” biotexnologiya şirkəti GMO buğda becərmək üçün müvafiq qaydada rəsmi icazə alıb.
ASK
1804
9 Oktyabr , 2020 20:40
Dünyada ilk dəfə GMO buğdası üçün rəsmi icazə verildi

Argentinanın “Bioceres” biotexnologiya şirkəti GMO buğdasını becərmək üçün müvafiq qaydada rəsmi icazə alıb.

“Report” “Komersant”a istinadən xəbər verir ki, bununla da Argentina GMO məhsullarının becərilməsinə rəsmi şəkildə yaşıl işıq yandıran ilk ölkə olub.

Şirkətin məlumatına görə, HB4 texnologiyası ilə yetişdirilən, son vaxtlar daha geniş vüsət almış quraqlığa qarşı dayanıqlı olan  yeni buğda növünün məhsuldarlığı əvvəlkilərindən 20 faiz artıqdır. Qeyd edək ki, daha əvvəl GMO qarğıdalısı və soyasının becərilməsi üçün də rəsmi icazə verilib. Lakin GMO buğdasına qarşı ictimaiyyət hələlik ehtiyatlı mövqe tutur. Bir çoxlarının fikrincə, bu cür bitkilərin becərilməsi, onlardan ərzaq məhsullarının hazırlanması insan sağlamlığına da, təbiətə də təhlükə yaradır.

Hazırda GMO buğdasının ixracı barədə Braziliya, Uruqvay, Paraqvay, Boliviya, ABŞ aidiyyəti qurumları ilə danışıqlar aparılır. Sonrakı mərhələdə “Bioceres” şirkəti bir sıra Asiya və Afrika ölkələri, Avstraliya, Rusiya ilə də danışıqlara başlamağı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi