Dünyada ərzaq 0,8 % ucuzlaşıb

Dünyada ərzaq 0,8 % ucuzlaşıb Ərzaq qiymətinin FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) indeksi mart ayındakı kəskin artımdan sonra aprel ayında 0,8 % azalıb.
ASK
102
6 May , 2022 19:33
Dünyada ərzaq 0,8 % ucuzlaşıb

Ərzaq qiymətinin FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) indeksi mart ayındakı kəskin artımdan sonra aprel ayında 0,8 % azalıb.

“Report” təşkilatın açıqlamasına istinadən xəbər verir ki, bununla yanaşı cari ilin aprel ayında indeks ötən ilin müvafiq dövrünə nisbətən 29,8 % çox olub.

"Ötən ayda qiymətlərin azalması əsasən bitki yağlarının kəskin, qismən də taxıl məhsullarının cüzi ucuzlaşması ilə bağlıdır. Bununla belə şəkər, ət, ağartı məhsullarının qiymətləri tədricən artmağa davam edir”, – deyə açıqlamada göstərilir.

Belə ki, 2022-ci ilin aprel ayında taxıl məhsulları 0,4 %, o cümlədən yem taxılı 1,8 %, qarğıdalı 3 %, ucuzlaşdığı halda arpa təklifi azalması üzündən 2,5 %, buğda 0,2 % bahalaşıb. Həmçinin düyü qiymətləri 2,3 % artıb. Bundan əlavə bitki yağları 5,7 % azalıb. Səkkiz aydır bahalaşan süd məhsullarının qiyməti bu dəfə 0,9 %, ətin 2,2 %, şəkərin də 3,3 % artıb.

Son xəbərlər

Orphus sistemi