Dünya Bankı: Azərbaycanın kənd təsərrüfatında bir çox problem var

Dünya Bankı: Azərbaycanın kənd təsərrüfatında bir çox problem var Kənd təsərrüfatının ÜDM-də payı 5%-dir, bu sahədə işləyənlərin payı isə 38%-dir
ASK
24 Dekabr , 2014 10:38
Dünya Bankı: Azərbaycanın kənd təsərrüfatında bir çox problem var

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı sektorunun ÜDM-də payı 5% təşkil etsə də, ölkədə işləyənlərin 38%-i bu sahədə çalışır. "Report"un məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupu) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ərzaq təhlükəsizliyinin təşviqi ilə bağlı təşkil etdiyi tədbirdə çıxış edən Dünya Bankının aqrar məsələlər üzrə meneceri Rufiz Çıraqzadə deyib. 

Onun sözlərinə görə, bu sahədə bir çox problemlər var: "Hazırda fermerlərin bazara çıxışı zəifdir. Həmçinin, mövcud irriqasiya və drenaj sistemləri sıradan çıxıb, 50%-i məhv olub. Azərbaycanda kənd təsərrüfatı üçün istifadə edilən torpaqların 275 min hektarı şoranlaşıb. Hazırda bu tip torpaqların 85%-i suvarmadan asılıdır".

Kommersiya banklarının bu sahəyə ayırdığı kreditlərin az olduğunu deyən R.Çıraqzadə hesab edir ki, bu kreditlərin əksəriyyəti Bakıda cəmləşib: "Bankların kredit portfelinin cəmi 4,7%-i kənd təsərrüfatına aiddir və məcmu kredit portfelinin 87%-i Bakıda cəmləşib. Digər bir problem pərakəndəçiliklə bağlıdır. Hazırda ərzaq təhlükəsizliyi və keyfiyyətə 6 qurum nəzarət edir. Dünya Bankı Azərbaycana 90-cı illərdən kreditlər ayırmağa başlayıb və ümumilikdə 170 mln. dollarlıq suvarma layihələrini maliyyələşdirib ki, bunun da 6-sı artıq həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi