Dünya Bankı Azərbaycanda torpaqdan istifadənin potensialını qiymətləndirib
- 05 oktyabr, 2022
- 07:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii ehtiyatlardan asılılıq səviyyəsini nəzərə alaraq, hazırda bitkiçilik, heyvandarlıq və meşə təsərrüfatında torpaqdan istifadənin tam iqtisadi potensialının yalnız 70 %-dən istifadə edir.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının araşdırmasında deyilir.
“Torpaqdan istifadənin səmərəliliyini əsasən əkin sahələrinin intensivləşdirilməsi, eləcə də otlaqların əkin sahələrinə çevrilməsi yolu ilə artırmaq olar. Üstəlik, bioloji müxtəliflik və karbon qazının azaldılması məsələsində əhəmiyyətli irəliləyişlərə maliyyə vəsaiti itirmədən nail olmaq olar. Eyni istehsal dəyəri ilə maksimum karbon tutumu CO2 azaldılmasının 116 milyon tona bərabər artmasına uyğun olacaq. Bu, 2018-ci ildə Azərbaycanda təxminən 1,5 illik istixana qazı emissiyasına bərabərdir”, - bank analitikləri hesab edirlər.
Tədqiqata görə, qalan əkin sahələrinin təxminən 40 %-i suvarma və müasir istehsal vasitələrindən daha çox istifadə etməklə sərmayə qoyuluşu hesabına intensivləşdirilir: “Azərbaycanın çirklənmiş rayonlarında landşaftın bərpası və torpaqların reabilitasiyası şəhərlərin bərpası üçün ilkin şərt olan torpaqlardan səmərəli istifadənin digər komponentidir”.
Dünya Bankı hesab edir ki, Xocasən gölünün bərpası ilə bağlı nümunə torpağın və şəhərdəki göllərinin bərpasının potensial ekoloji və iqtisadi faydalarını nümayiş etdirir
Qeyd edilib ki, torpaqdan istifadənin 57,6 %-i kənd təsərrüfatının payına düşür. Bunun da yarıdan çoxu daimi otlaqlardır. Meşələr torpaq örtüyünün təxminən 14 %-ni təşkil edir. Amma müstəqillik əldə etdikdən sonra bu rəqəm 10 %-ə yaxın idi.