Bakı. 25 iyun. REPORT.AZ/ "Azərbaycanda məhsuldarlığa təsir edən əsas amil su ilə təminat məsələsidir. İqlim dəyişiklikliyi ümumilikdə Cənubi Qafqaz regionunda aqrar sektorun inkişafına mənfi təsir göstərir".
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankının birgə təşkil etdiyi 3-cü Bilik Sərgisində beynəlxalq maliyyə qurumunun nümayəndəsi Vilfred Handertmarkl bildirib.
O, növbəti 50 il ərzində Azərbaycanda temperaturun 2,4°C artacağını deyib: “Azərbaycanda yağış azalıb. Qafqazda buzlaqların əriməsinin şahidi oluruq. 100 il əvvəl mövcud olmuş buzlaqların hazırda yarısı qalıb. Azərbaycanın Şimal və Cənub hissəsində su ehtiyatı 70-77% azalıb. Bu isə məhsuldarlığa 40-50% təsir edir".
Dünya Bankı rəsmisinin sözlərinə görə, bununla belə, ölkədə sudan isitfadə imkanları böyükdür: "Sadəcə çaylardan düzgün istifadəyə diqqət yetirilməlidir".