Deputat: "Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb"

ASK
  • 07 oktyabr, 2026
  • 11:35
Deputat: Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb

Aqrar sahədə dövlət tənzimləməsi olmadan uğur əldə etmək mümkün deyil.

"Report" xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - sözügedən qanunun müzakirəsində bildirib.

"Dövlətin əli yoxdursa, heç bir uğur olmur. Bu həqiqəti gərək düzgün başa düşək. Kənd təsərrüfatının demək olar ki, bütün sahələri üzrə qanunlar qəbul etmişik. Amma yeni qanun aqrar sahədə gedən bütün prosesləri və problemləri əhatə edəcək. Deyirlər, bəzi qanunlar ləğv olunur. Əslində heç nə ləğv olunmur. Misal üçün, biz kooperasiyalarla bağlı bu yaxınlarda Almaniyanın təcrübəsini öyrəndik və çalışdıq ki, bunu həyata keçirək. Amma gördük ki, bizdə bunun hələ vaxtı çatmayıb", - deyə o qeyd edib.

44 - Tezliklə