DATŞ: "Aqrar birja ilk növbədə test rejimində fəaliyyətə başlaya bilər"

DATŞ: "Aqrar birja ilk növbədə test rejimində fəaliyyətə başlaya bilər" Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin (DATŞ) Kənddən Şəhərə layihəsi çərçivəsində yaradılan aqrar birja ilk növbədə test rejimində fəaliyyətə başlaya bilər.
ASK
15 Oktyabr , 2018 12:24
DATŞ: Aqrar birja ilk növbədə test rejimində fəaliyyətə başlaya bilər
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DATŞ) "Kənddən Şəhərə" layihəsi çərçivəsində yaradılan aqrar birja ilk növbədə test rejimində fəaliyyətə başlaya bilər. 

Bu barədə "Report"a şirkətin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev bildirib.

Onun sözlərinə görə, hazırda bu məqsədlə proqram təminatı hazırlanır: "Fermerlər internetlə istehsal etdikləri məhsullar barədə məlumatları, o cümlədən onların qiymətlərini birjaya daxil edəcəklər. Həmin məlumatları potensial müştərilərə görəcəklər. Bunun da kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları vahid platformada birləşəcək". 

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 11-də Qubada səfərdə olarkən ona bu layihə barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi