Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib

Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib Dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
ASK
7 Aprel , 2017 09:24
Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib

Bakı. 7 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında dəyişiklik edilib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, 32-1 hissə əlavə edilib. Qərarla Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinə Dövlət Toxum Fondunun tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi