Cəlilabadda toxum sərgi-satış yarmarkası keçirilib

Cəlilabadda toxum sərgi-satış yarmarkası keçirilib Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.
ASK
105
10 Sentyabr , 2021 13:05
Cəlilabadda toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, budəfəki sərgi-satış yarmarkası Cəlilabad rayonunda təşkil olunub.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə əvvəlcə rayon icra başçısının səlahiyyətlərini icra edən Mansur Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Daha sonra Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Həmçinin ölkəmizdə həyata keçirilən toxumçuluqla bağlı işlər və digər bu kimi mövzular üzrə ətraflı məlumat veriblər.

Fermer və sahibkarları maraqlandıran bir sıra məsələrlə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.

Təşkil edilən yarmarkada 20-dən çox toxumçu fermer iştirak edib. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilib.

Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 13-də Xaçmazda keçiriləcək. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Son xəbərlər

Orphus sistemi