Cəfər İbrahimli: "Kənd təsərrüfatı təkcə ekstensiv deyil, həm də intensiv qaydada inkişaf etdirilməlidir"

Cəfər İbrahimli: "Kənd təsərrüfatı təkcə ekstensiv deyil, həm də intensiv qaydada inkişaf etdirilməlidir" Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaranmış yeni iqtisadi şərait, səslənən çağırışlar fonunda kənd təsərrüfatında ciddi artım müşahidə edilir.
ASK
3427
10 Oktyabr , 2018 17:09
Cəfər İbrahimli: Kənd təsərrüfatı təkcə ekstensiv deyil, həm də intensiv qaydada inkişaf etdirilməlidir
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Azərbaycanda yaranmış yeni iqtisadi şərait, səslənən çağırışlar fonunda kənd təsərrüfatında ciddi artım müşahidə edilir". 

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ötəngünki iclasında Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı dediklərini şərh edərkən bildirib. 

Xatırladaq ki, dövlət başçısı müşavirədə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda aqrar sektorun 4,3% böyüdüyünü deyərək növbəti illərdə bu sahədə artım dinamikasının daha yüksək olacağına ümid etdiyini bildirib

Bunu prezident də müşavirədə dedi. Çox güman ki, bundan sonra əsas diqqət əkin sahələrinin genişləndirilməsindən çox məhsuldarlıq səviyyəsinin artırılmasına yönəldiləcək, yerli istehsal bu qaydada stimullaşdırılacaq. 

Cəfər İbrahimli

&

"Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyi artır, onların ixrac imkanları genişlənir. Dövlətin birbaşa və dolaylı yolla dəstəyi ilə aqrar sektorun əksər sahələrində istehsal həcmi artmaqdadır. Meyvə-tərəvəz, o cümlədən pomidor, eləcə də pambıq istehsalında nəzərəçarpacaq artım görmək mümkündür. Amma kənd təsərrüfatı təkcə ekstensiv deyil, həm də intensiz qaydada inkişaf etdirilməlidir. Bunu Prezident də müşavirədə dedi. Çox güman ki, bundan sonra əsas diqqət əkin sahələrinin genişləndirilməsindən çox məhsuldarlıq səviyyəsinin artırılmasına yönəldiləcək, yerli istehsal bu qaydada stimullaşdırılacaq. Aqrar sektorun yeni strategiyası, təxminən, bu şəkildə görünür", - deyə mütəxəssis qeyd edib. 

Son xəbərlər

Orphus sistemi