Bu ilin ilk 11 ayında Azərbaycanda qeyri-neft sektoru 2,4% böyüyüb

Bu ilin ilk 11 ayında Azərbaycanda qeyri-neft sektoru 2,4% böyüyüb Bakı. 22 dekabr. REPORT.AZ/ Son 11 ayın nəticələrinə görə, qeyri-neft sektorunda uğurlu nəticələr əldə edilib.
ASK
22 Dekabr , 2017 18:14
Bu ilin ilk 11 ayında Azərbaycanda qeyri-neft sektoru 2,4% böyüyüb
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ "Son 11 ayın nəticələrinə görə, qeyri-neft sektorunda uğurlu nəticələr əldə edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş ziyafətdə çıxış edərkən deyib.

O, qeyri-neft sektorunda inkişaf edən sahələrdən də danışıb: "Bu ilin 11 ayı ərzində qeyri-neft sektoru 2,4%, qeyri-neft sənayesi 3,5%, kənd təsərrüfatı isə 4,2% artıb".

Nazir sahibkarlıq sahəsində aparılan yoxlamalara da toxunub: "Ölkə başçısının sahibkarlıq subyektlərində yoxlamaları dayandırmaqla bağlı göstərişi uğurla reallaşıb. Son 25 ayda təkcə vergi yoxlamaları istisna olmaqla 143 yoxlama aparılıb. Bunu əvvəlki 25 ayla müqayisə etsək, görərik ki, əvvəlki 25 ayda bu rəqəm 120 min dəfə olub".

Ş.Mustafayev il ərzində sahibkarlar üçün 124 maarifləndirici tədbir keçirildiyini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi