Bu il kənd təsərrüfatında istehsal 5% artıb

Bu il kənd təsərrüfatında istehsal 5% artıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bu il kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb.
ASK
17 Noyabr , 2018 15:28
Bu il kənd təsərrüfatında istehsal 5% artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu il kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 5%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı isə 7,4% artıb.

Bundan başqa, qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1% artaraq 417,7 min ton, süd istehsalı 2,2% artaraq 1 720,1 min ton, yumurta istehsalı 2,1% azalaraq 1 416,5 milyon ədəd və yun istehsalı 1% azalaraq 15,7 min ton olub.

Son xəbərlər

Orphus sistemi