BMT: “Taxıl ixracının mümkün qədər tez bərpa olunması zəruridir”

BMT: “Taxıl ixracının mümkün qədər tez bərpa olunması zəruridir” Dünyada 1,5 milyard insan Ukrayna taxılından və Rusiyanın ərzaq və gübrəsindən asılı olduğundan taxıl ixracını bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.
ASK
3 İyun , 2022 16:46
BMT: “Taxıl ixracının mümkün qədər tez bərpa olunması zəruridir”

Dünyada 1,5 milyard insan Ukrayna taxılından, Rusiyanın ərzaq və gübrəsindən asılı olduğundan taxıl ixracını bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.

“Dünyada bu ərzağa və gübrəyə ehtiyacı olan 1,5 milyard insan var. Ümid edirəm ki, danışıqlar həqiqətən problemsiz keçəcək və mümkün qədər tez başa çatdırılacaq, növbəti böhranla üzləşməmiş limanlar blokadadan çıxarılacaq və gübrə, ərzaq ixracı bərpa olunacaq”, - diplomat Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu məsələni müzakirə etmək üçün hazırda Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşlər keçirir.

Son xəbərlər

Orphus sistemi