“Aqrar Tədarük və Təchizat” ASC-nin sədri: "Məhsullarımızın ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındayıq"

“Aqrar Tədarük və Təchizat” ASC-nin sədri: "Məhsullarımızın ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındayıq" Biz kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındayıq.
ASK
31 Oktyabr , 2019 10:04
“Aqrar Tədarük və Təchizat” ASC-nin sədri: Məhsullarımızın ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındayıq

"Biz kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək üçün yeni bazarlar axtarışındayıq".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) İdarə Heyətinin sədri Leyla Məmmədova bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib.

Onun sözlərinə  görə, "Aqrar Tədarük və Təchizat" ASC məhsulları əsasən ənənəvi bazarlara göndərir: "Həmin ənənəvi bazarlar əsasən MDB ölkələridir. Biz Afrika qitəsinə, həmçinin ərəb ölkələrinə ixracın artırılması istiqamətində işlər aparırıq. Ümid edirik ki, bu istiqamətdə ixracımız artacaq".

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manatdır.

--

Son xəbərlər

Orphus sistemi