Biləsuvarda pambıq yığımı bayramı keçirilib

Biləsuvarda pambıq yığımı bayramı keçirilib Biləsuvar rayonunda pambıq yığımı bayramı keçirilib.
ASK
21 oktyabr 2022 13:46
Biləsuvarda pambıq yığımı bayramı keçirilib

Biləsuvar rayonunda pambıq yığımı bayramı keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir rayonun Köhnə Əmənkənd adlanan ərazisində baş tutub.

Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, kəndlər üzrə icra nümayəndələri, kənd sakinləri, pambıq şirkətləri və fermerlər iştirak ediblər.

Tədbir zamanı əvvəlcə əl, sonra isə texnika ilə pambıq yığımı həyata keçirilib.

Daha sonra kənd məhsullarının sərgi-satış yarmarkası təşkil olunub.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin musiqi kollektivinin çıxışı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi