Bekir Pakdemirli Azərbaycan və Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılıqlı ödənilməsini təklif edib

ASK
  • 11 dekabr, 2018
  • 07:44
Bekir Pakdemirli Azərbaycan və Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılıqlı ödənilməsini təklif edib
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli
Report/ Firi Salim

Bakı. 11 dekabr. REPORT.AZ/ “Dünyada sürətlə şəhərləşmə prosesi gedir. Hazırda bu rəqəm 55%-ə bərabərdir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib.

Nazir deyib ki, gələcəkdə şəhərləşmə 70%-ə bərabər olacaq: "Hər gün, təxminən, 800 milyon insan ac yatır. Dünyanın 40 ölkəsində qida problemi, 80 ölkəsində su problemi var. Amma biz istehsal olunan qidanın, təqribən, 3-də birini çölə atırıq".

B.Pakdemirli hesab edir ki, Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarına olan tələbatı bir-birinin hesabına ödəməlidir: "Bu gün Azərbaycan 1,3 milyard dollarlıq, Türkiyə isə 2 milyard dollarlıq kənd təsərrüfatı məhsulları idxal edir. Ehtiyacımız olan məhsulları bir-birimizdən alıb satmalıyıq".

44 filmi