Bakıda sanitar və fitosanitar tədbirlərlə bağlı keçirilən tvininq layihəsinə yekun vurulub

Bakıda sanitar və fitosanitar tədbirlərlə bağlı keçirilən tvininq layihəsinə yekun vurulub Bakıda Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” ilə bağlı tvinninq layihəsinə yekun vurulub.
ASK
9 Fevral , 2023 13:27
Bakıda sanitar və fitosanitar tədbirlərlə bağlı keçirilən tvininq layihəsinə yekun vurulub

Bakıda Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” ilə bağlı tvinninq layihəsinə yekun vurulub.

"Report" xəbər verir ki, tvinninq layihəsi üzrə müşavir Gintaras Lapinskas büdcəsi 2,5 milyon avro təşkil edən və üç mərhələdə həyata keçirilən tvinninq layihəsi üzrə təşkil edilən təlimlərdə 199 nəfərin iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin vəziyyəti ilə bağlı hesabatın hazırlanması və Aİ-nin qida gigiyena qanunvericiliyi ilə yaxınlaşma kontekstində boşluqların təhlili həyata keçirilib.

Layihənin ikinci mərhələsində müfəttişlərin 10%-i pestisid qalıqları, qida məhsulları ilə təmasda olan materiallar, qida əlavələri və çirkləndiricilər, habelə müvafiq rəsmi nəzarət tədbirləri ilə bağlı Aİ-nin hüquqi bazası və qanunvericiliyinin icrası ilə bağlı təlim keçib .

Tvinninq layihəsinin üçüncü mərhələsində monitorinq planlarının hazırlanmasına cavabdeh olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bütün müvafiq əməkdaşlarının Aİ qanunvericiliyi və prosedurları ilə tanış olublar. Meyvə və tərəvəzlərdə pestisidlərin, ağır metalların, mikotoksinlərin və digər zərərli maddələrin qalıqlarına dair Aİ müddəaları əsasında Milli monitorinq planı üçün təklif, habelə onun uyğunlaşdırılması və həyata keçirilməsi üçün AQTA-ya təqdim edilmiş və qəbul edilmiş digər tövsiyələr hazırlanıb.

Son xəbərlər

Orphus sistemi