Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək Sərgi oktyabrın 30-dək davam edəcək
ASK
22 Sentyabr , 2015 18:15
Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Oktyabrın 10-dan 30-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin Nizami küçəsi, 92 ünvanında arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək. 

"Report" nazirliyə istinadən xəbər verir ki, yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (arı saxlayan şəxslər) iştirak edə bilərlər.

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. Bununla əlaqədar yarmarkada satılacaq arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.

Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək. Arıçı kimi yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi yarmarkaya nəzarəti həyata keçirən məsul şəxslərə təqdim etməlidirlər. Əks halda onlar arıçı kimi yarmarkaya buraxılmayacaq.

Yarmarkanın keçirildiyi müddətdə şəffaflıq və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında müşahidə kameraları ilə də nəzarət həyata keçiriləcək.

Arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 9-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidir.

Son xəbərlər

Orphus sistemi