“2019-cu il aqrar sahədə həyata keçirilən islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının əsaslı artımı ilə səciyyələnir”.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri
“İslahatlarla bağlı, ilk növbədə, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilmiş islahat nəticəsində bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə tətbiq edilir. Ötən il fermerlərə satılan 4 117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərimizə satılıb. O cümlədən tapşırığınıza uyğun olaraq
“Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tərəfinizdən tamamilə yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını etmişlər və hazırda gübrə, pestisid və toxum təchizatçıları qeydiyyatdan keçməkdədir, o cümlədən heyvandarlıq sahəsində subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və süni mayalanma ekspertlərinin qeydiyyatı həyata keçirilməkdədir. 2020-ci ildə Sizin tapşırığınıza əsasən elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaq”, - deyə İ.Kərimov əlavə edib.