Yuxarı
    Bağlamaq

    Azərbaycanın Rusiyadan aldığı taxılın həcmi açıqlanıb

    Rusiya taxılının əsas alıcıları Türkiyə, Misir, Banqladeş, İran və Azərbaycandır

    Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın 2016/2017-ci kənd təsərrüfatı ilində Rusiyadan aldığı taxılın həcmi məlum olub. 

    "Report" "Agroinvestor"a istinadən xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Xəbərə görə, Rusiyadan Azərbaycana 0,9 mln. ton taxıl idxal olunub. Ümumilikdə Rusiyadan dünyanın 117 ölkəsinə taxıl və ondan emal edilən məhsullar ixrac olunub. Rusiya taxılının əsas alıcıları Türkiyə 3,6 mln. ton (bütün ixracın 15%-ı), Misir (3,4 mln. ton/ 14,3% pay), Banqladeş (1,6 mln. ton/6,8%), İran (1,1 mln. ton) və Azərbaycan (0,9 mln. ton) qalmaqdadır.

    Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2017-ci il yanvarın 11-nə 2016-2017-ci kənd təsərrüfatı ilində 20,76 mln. ton dənli bitki ixrac edilib. Bu, ötən ilin analoji mövsümü ilə müqayisədə (20,77 mln. ton) 0,1% azdır. Mövsüm ərzində buğdanın ixrac həcmi 16,29 ton (2015/16-cı mövsümün analoji dövrünə +4,9%), qarğıdalı 2,46 mln. (+6,2%), arpa 1,87 mln. ton (- 42,6%) təşkil edib.

    "Rusaqrotrans" şirkətinin məlumatında isə bildirilib ki, mövsümün birinci yarısında (2016-cı ilin iyul-dekabr ayında) taxıl ixracı bir il əvvəlki 21,5 mln. tona qarşı 20,58 mln. ton təşkil edilib. Bununla da ötənilki göstəricilərdən geriləmə 4% təşkil edib.

    Qeyd edək ki, bu il yanvarın 1-dən 9-dək 378 min ton dənli bitki ixrac olunub. Yanvarın 12-nə ABŞ-da yumşaq buğdanın bir tonunun orta ixrac tarifi 173 dollar olub. İki həftə ərzində qiymət 13 dollar və ya 8,1% artıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi