Azərbaycanın kənd təsərrüfatı naziri Türkiyəyə gedib
ASK
- 22 aprel, 2016
- 05:40
Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə Antalyada keçirilən "EXPO 2016" beynəlxalq bağçılıq sərgisində iştirak etmək məqsədi ilə Türkiyəyə səfərə gedib.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, səfər çərçivəsində F.Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, Azərbaycanla mümkün əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də Türkiyənin aqrar sahədə potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulur.
Qeyd edək ki, bu sərgidə Azərbaycan pavilyonu 2.000 kv. metrə yaxın sahəni əhatə edir. Sərgi aprelin 23-dək davam edəcək
Son xəbərlər
03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Futbol01:24
Benyamin Şeşko: "Sabah"ın qapıçısının irəli çıxmasından sonra qol üçün əlverişli fürsət yarandı"
Futbol01:16
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr00:57