Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatmaq üzrədir

Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatmaq üzrədir Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatmaq üzrədir.
ASK
25 Yanvar , 2022 12:12
Azərbaycanın ilk Ağıllı kəndinin inşası başa çatmaq üzrədir

Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatmaq üzrədir. 

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o deyib.

"Zəngilandakı "Ağıllı kənd" işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları "Ağıllı kənd" in layihəsində ilk gündən nəzərə alınıb", - deyə İ.Qədimova əlavə edib.

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd" də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış bina, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası olacaq.

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Füzulidə “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır. Birinci mərhələdə  kənddə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.

Son xəbərlər

Orphus sistemi