Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək
ASK
- 18 mart, 2017
- 05:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 2 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, söhbət “Tərtər-Pambıq” və “Qarabağ-Pambıq” ASC-lərdən gedir.
Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.
| № | ASC-nin adı | Yığıncağın keçiriləcəyi tarix | Yığıncağın keçiriləcəyi ünvan | Müəssisənin yaradılma ili | Müəssisənin nizamnamə kapitalı |
| 1 | “Tərtər-Pambıq” | 26 may saat 10:00 | Tərtər rayonu, Qaraqoyunlu kəndi | 1999 | 1131432 manat |
| 2 | “Qarabağ-Pambıq” | 26 may saat 12:30 | Bərdə şəhəri, Nizami küçəsi, 125 | 1999 | 3082698 manat |
Son xəbərlər
00:50
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Xarici siyasət
00:35
Foto
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
00:26
Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6
Region
00:19
Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
Digər ölkələr
00:05
Qarakənd faciəsindən 35 il ötür
Daxili siyasət
00:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:56
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:50
Bəqai: İran 2003-cü ildə İraqa qarşı irəli sürülən ittihamlarla üz-üzə qalıb
Region
23:46
Foto
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
Hadisə