Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib

Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib Bununla bağlı məhkəmə baxışı yanvarın 29-u keçiriləcək
ASK
23 Yanvar , 2021 15:48
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib

İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib.

“Report” xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək.

Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır.

Son xəbərlər

Orphus sistemi