Azərbaycandan Rusiyaya aparılan gavalıda ziyanverici tapılıb

ASK
  • 09 avqust, 2019
  • 07:10
Azərbaycandan Rusiyaya aparılan gavalıda ziyanverici tapılıb

Rusiyanın Samara şəhərinin hava limanında Azərbaycandan gələn sərnişinlərin əl yükü və baqajında olan gavalı yükü yoxlanılarkən ziyanvericilər müəyyən edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq nəzarət qurumunun laboratoriyasında keçirilən analiz nəticəsində gavalıda təhlükəli ziyanvericilərdən hesab olunan Şərq meyvə güvəsi aşkarlanıb.

Bundan sonra gətirilən gavalı yandırılaraq yox edilib.