Azərbaycandakı aqroparklarda klasterlər formalaşdırılacaq

Azərbaycandakı aqroparklarda klasterlər formalaşdırılacaq Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.
ASK
17 May , 2022 16:26
Azərbaycandakı aqroparklarda klasterlər formalaşdırılacaq

Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O, bu barədə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda danışıb.

"Əsas klasterlər bunlardır: Taxıl və toxum istehsalı (1), Ət və süd istehsalı (2), Kartof istehsalı (3), Meyvə emalı (4), Bitki yağı istehsalı (5), Çay və sitrus meyvələri istehsalı (6). Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkəyə nvestorların cəlb olunmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq", - deyə nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi