Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək Gəncə Avtomobil Zavodu qonşu ölkənin bazarına çıxır
ASK
23 Sentyabr , 2017 10:36
Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu ilin ilk 9 ayında Belarusdan Azərbaycana 1000-dən artıq kənd təsərrüfatı texnikasının ehtiyat hissələri gətirilərək Gəncə Avtomobil Zavodunda (GAZ) yığılıb.

“Report” Belarusun CTB telekanalına istinadən xəbər verir ki, bu barədə yerli MTZ ASC-nin baş direktoru Fedor Domotenko məlumat verib.

Onun sözlərinə görə, ilin sonuna qədər Azərbaycana daha 460 Belarus traktoru gətiriləcək. Bu traktorlar daxili bazar üçün nəzərdə tutulmayıb. 

F.Domotenko bildirib ki, yaxın vaxtlarda Azərbaycanda yığılan Belarus traktorlarının Türkiyəyə ixrac edilməsinə başlanılacaq: “Azərbaycan tərəfi ilə yeni müqavilədən əlavə, Türkiyə bazarına çıxmaq üçün protokol da imzalamışıq. Tərəfdaşlarımız 5 mln. ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirəcəklər”.

GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev isə bildirib ki, yeni layihə çərçivəsində Türkiyəyə ildə 2,5-3 min traktorun ixracı nəzərdə tutulub. Bu rəqəmə yaxın 3 il ərzində nail olunacaq. 

Son xəbərlər

Orphus sistemi