Azərbaycanda yeni toxum emalı müəssisələrinin nə vaxt fəaliyyətə başlayacağı məlum olub
ASK
- 24 iyun, 2019
- 11:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki və Xaçmaz rayonlarında inşa edilmiş toxum emalı müəssisələri builki taxıl biçini başa çatana qədər fəaliyyətə başlayacaq.
Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.
"Biçin başa çatanda emala başlaya biləcəyik. Həmin müəssisələr saatda 5 ton toxum emal etmək və 3 min ton saxlanc imkanına malikdir. İlk olaraq Şəkidəki müəssisə fəaliyyətə başlayacaq. Əsasən, dənli və dənli paxlalı bitkilər - buğda, arpa, noxud emal olunacaq", - deyə o qeyd edib.
E.Əliyevin sözlərinə görə, bu il Tovuz, Ağcabədi və Qobustanda da toxum emalı müəssisələrinin fəaliyyətə başlaması gözlənilir.
Xatırladaq ki, Azərbaycanın toxuma olan illik tələbatı 120 min tondur.
Son xəbərlər
23:58
"DH Volley" klubu avrokuboklarda ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol
23:32
NYT: ABŞ dizel tədarükünə görə RBİF-dən sanksiyaların götürülməsini müzakirə edir
Digər ölkələr
23:29
Vuçiç: Serbiyanı çətin dövr gözləyir
Digər ölkələr
23:15
ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb
Digər ölkələr
23:02
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Energetika
22:52
BCM yeni prokuroru 2027-ci ilin dekabrında seçəcək
Digər ölkələr
22:44
"Çelsi"nin hücumçusu Joao Pedro bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
22:42
Foto
Kolumbiya-Venesuela sərhədində partlayış baş verib, polislər yaralanıb
Digər ölkələr