Azərbaycanda gələn ildən "yaşıl subsidiya"lar tətbiq olunacaq

Azərbaycanda gələn ildən "yaşıl subsidiya"lar tətbiq olunacaq Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası veriləcək.
ASK
3 Sentyabr , 2024 12:09
Azərbaycanda gələn ildən yaşıl subsidiyalar tətbiq olunacaq

Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası veriləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bildirilir ki, təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil olunacaq.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransının (COP29) çağırışları nəzərə alınaraq, iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə əlavə əkin subsidiyası veriləcək", - məlumatda deyilir.

Həmçinin, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, 1 hektara minimum 1 500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası təyin olunub.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi